Dünyaca məşhur tütün məhsulları şirkəti Rusiyadakı biznesini satışa çıxardı - FOTO

8-09-2023, 13:05           
Dünyaca məşhur tütün məhsulları şirkəti Rusiyadakı biznesini satışa çıxardı - FOTO
Tütün məhsulları istehsalçısı olan dünyaca məşhur “British American Tobacco” şirkəti Rusiya və Belarusdakı biznesini satışa çıxardığını açıqlayıb.

İstifadə edilən ticarət markaları Rusiya biznesinin mülkiyyətində qalacaq.

Bu barədə şirkətin Rusiya ofisinin Mətbuat Xidmətindən məlumat verilib.

BAT qrupu Rusiya və Belarusdakı biznesinin satışı üzrə müqavilə bağladığını açıqladı. Hazırda istifadə edilən bütün ticarət markaları Rusiya biznesinin mülkiyyətində qalacaq. Beləliklə də istehlakçılar adət etdikləri yüksəkkeyfiyyətli məhsulları tanış brendlər altında almağa davam edəcəklər”, - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, biznes-transfer tamamlandığı zaman yeni struktur ITMS şirkətlər qrupu adlandırılacaq.
Şirkətin alıcısı isə Rusiya investorları və yerli menecmentin konsorsiumu olan “BAT Rusiya” olub. “Bu konsorsium bütün lazımi prosedurlar başa çatdıqdan sonra BAT-ın Rusiya və Belarusdakı biznesinə tam şəkildə sahib olacaq”, - deyə şirkətin Mətbuat Xidmətindən əlavə edilib.



TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.