Paşinyanın sərhəddə müharibə planının ŞOK DETALLARI - İşxanyan açıqladı

8-09-2023, 14:48           
Paşinyanın sərhəddə müharibə planının ŞOK DETALLARI -
“Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb”.

Publika.az xəbər verir ki, bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: “Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.

Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru