Rusiyadan Gevorkyan və Badalyanın saxlanılmasına reaksiya

8-09-2023, 13:13           
Rusiyadan Gevorkyan və Badalyanın saxlanılmasına reaksiya
“Sputnik Ermənistan”əməkdaşının saxlanılması ilə bağlı təxribatın arxasında ölkələr arasında nifrət və qorxu səpməkdə maraqlı qüvvələr dayanır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanda “Sputnik Ermənistan” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyanın saxlanılması ilə bağlı yaydığı hesabatda bildirilib.

“Biz erməni xalqının bütün bəlalarına görə Rusiyanı ittiham etməklə Moskva ilə İrəvan arasında düşmənçilik və nifrət salmaq cəhdlərini qəbuledilməz hesab edirik. Son zamanlar Ermənistanın informasiya məkanında Rusiya haqqında birtərəfli və neqativ məlumatlara meyl hökm sürür. Moskva Ermənistanda Rusiyanı gözdən salmaq məqsədi daşıyan qərbyönümlü media strukturlarının sayının artmasından narahatdır”, - hesabatda qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.