Paşinyan öz adamını İrəvan meri təyin edə bilməyəcək - Erməni KİV
18-09-2023, 15:49
Ermənistanın baş naziri Nikol Paşinyan öz namizədini İrəvan meri təyin edə bilməyəcək.
Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkilərdə hakim "Mülki müqavilə" partiyası 50%-dən çox səs toplaya bilməyib.
"Bu, hakim partiyanı paytaxt merini təkbaşına seçmək imkanından məhrum etdi. Qanuna görə, yeni mer səsvermə yolu ilə seçiləcək", - deyə erməni mətbuatı bildirib.