Rusiyaya qarşı daha ağır sanksiya paketi

19-09-2023, 09:24           
Rusiyaya qarşı daha ağır sanksiya paketi
Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini oktyabrda təqdim edəcək.

Globalinfo.az “Blumberq” Agentliyinin yaydığı məlumata əsasən xəbər verir ki, yeni paketə Rusiyadan almazların, mayeləşdirilmiş təbii qazın idxalına qadağa, eləcə də Rusiyanın İT sektoruna məhdudiyyətlər daxil ola bilər.

Bundan əlavə, yeni paket çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kömək üçün istifadə planı təqdim oluna bilər.

Bəzi ölkələr, o cümlədən Polşa və Baltikyanı ölkələr Rusiyanın nüvə sektorunu məhdudlaşdırmağa çağırırlar. Hərçənd, belə məhdudiyyətlərin tətbiq olunacağı ehtimalı azdır, çünki Aİ-yə üzv olan dövlətlərin çoxu onlara qarşı çıxır.

Bundan əlavə, yeni sanksiyalar paketi, ehtimal ki, üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağı məhdudlaşdırmaq üçün əlavə addımları əhatə edəcək.

Yeni tədbirlər paketi oktyabrın birinci yarısında qəbul oluna və ya gələn aya planlaşdırılan, tarixi hələ müəyyən edilməmiş AB-ABŞ sammiti zamanı elan edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru