BMT Baş Assambleyasında Rusiya ilə ABŞ arasında ikitərəfli təmaslar planlaşdırılmır

19-09-2023, 09:38           
BMT Baş Assambleyasında Rusiya ilə ABŞ arasında ikitərəfli təmaslar planlaşdırılmır
“BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 78-ci sessiyasında Rusiya ilə ABŞ arasında ikitərəfli təmaslar planlaşdırılmır”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Mənim hər hansı ikitərəfli əlaqələrdən xəbərim yoxdur”, - deyə Con Kirbi qeyd edib.

Sentyabrın 18-də Ağ Ev Baydenin tezliklə BMT Təhlükəsizlik Şurasında dəyişikliklərlə bağlı məsələ qaldıracağını bildirib.

Qeyd olunub ki, Bayden BMT Baş Assambleyasında çıxışı zamanı dünya qurumunun Təhlükəsizlik Şurasının “arxitekturasını” qiymətləndirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru