Xankəndidə həyəcan - “Qızıl Xaç”ın maşınlarından Türkiyə malları çıxdı

19-09-2023, 11:37           
Xankəndidə həyəcan -
Xəbər verildiyi kimi, Ermənistan və Azərbaycan arasında gedən uzun müzakirələrdən sonra sentyabrın 18-də - bazar günü Ağdam və Laçın yollarından paralel istifadə etməklə yüklərin Xankəndi şəhərinə çatdırılması təmin edilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki avtomobilindən biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda hərəkət edib. Nəticədə Ermənistanın Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığı bir daha təsdiqlənib.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ağdam yolu vasitəsilə Xankəndiyə aparılan yük gigiyena vasitələri, Laçın yolu ilə aparılan yük isə undan ibarət olub.

Qeyd edilir ki, ermənilər Ağdam yolu vasitəsilə Xankəndiyə gələn maşınlarda yüklərin sırf Rusiya istehsalı olan məhsullardan ibarət olacağını gözləyirmişlər. Lakin mallar arasında Türkiyədə buraxılan uşaq bezlərinin olması erməniləri həyəcanlandırıb.

“Hraparak” yazır ki, dünən Xankəndidə ermənilər Türkiyə malllarının yandırılmasına çağırış ediblər.

Separatçıların rəhbərliyi Ağdam yolu ilə gətirilən Türkiyə mallarının yalnız ekspertizadan sonra paylanacağını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru