Rusiya Ermənistana nota verdi

20-09-2023, 09:54           
Rusiya Ermənistana nota verdi
Rusiya Ermənistana nota verib.

Hurriyyet.Az xəbər verir ki, Rusiyanın İrəvandakı səfirliyindən TASS-a verilən məlumata görə, diplomatik missiya etirazçılar tərəfindən əngəllənib və tədbir görülməsi üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərilib.

“Rusiyanın Ermənistandakı səfirliyinin binası yaxınlığında etiraz aksiyası keçirmək üçün internetdə yayılan çağırışlara diqqət yetirdik. Onlar peyda olandan sonra diplomatik nümayəndəlik əvvəlcə qismən, sonra isə tamamilə bağlandı. Normal fəaliyyət hələ də qeyri-mümkün olaraq qalır. Biz içəridəyik. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərdik”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru