Kadırovu kim əvəzləyəcək? - Baranovski ad çəkdi

20-09-2023, 13:37           
Kadırovu kim əvəzləyəcək? -
“Azad Rusiya” Legionu Çeçenistan rəhbəri Ramzan Kadırovun ən çox ehtimal olunan varisi barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, bu barədə legion komandirinin köməkçisi Aleksey Baranovski danışıb.

“Bir nömrəli namizəd Kadırovun yaxın silahdaşı Adəm Dəlimxanovdur. Amma o Putinin yox, Kadırovun namizədidir. Buna görə də Çeçenistanda hakimiyyət uğrunda mübarizə aparılacaq”, - Baranovski deyib.

Onun fikrincə, Kadırov səhnəni tərk etsə, Çeçenistanda daxili ziddiyyətlər güclənəcək, hakimiyyət və resurslar uğrunda mübarizə başlayacaq:

“Moskva ora böyük resurs yatırır. Əlbəttə, axına qoşulmaq istəyənlər çoxdur. Ona görə də Dəlimxanov bir nömrəli namizəd olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru