Medvedev Paşinyanı niyə cəhənnəmə göndərib? - Köməkçisi açıqladı

20-09-2023, 18:45           
Medvedev Paşinyanı niyə cəhənnəmə göndərib? - Köməkçisi açıqladı
Xəbər verdiyimiz kimi, bir gün əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev qardaş ölkədən olan həmkarı (Nikol Paşinyan nəzərdə tutulur) haqqında yazı yazıb və erməni xalqının satqınlarını (əsasən Paşinyanı) cəhənnəmə göndərib. Onun sözlərinə görə, Rusiya Ermənistanın mövcudluğunun qarantı olub və olacaq.

Qeyd edib ki, Paşinyan müharibədəki məğlubiyyətinin məsuliyyətini Rusiyanın üzərinə atıb, NATO ilə flört edib, arvadını (Anna Akopyan nəzərdə tutur) isə Kiyevə Rusiyanın düşmənlərinin yanına yola salıb.

Medvedevin köməkçisi Oleq Osipov bu mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Rusiya mətbuatına açıqlamasında o, Dmitri Anatolyeviçlə (Medvedev nəzərdə tutulur) danışdığını deyib.

"Əgər kimsə başa düşməyibsə, mən də təkrar edirəm. Ermənistanın bir dövlət, ermənilərin isə millət kimi mövcudluğunun qarantı Rusiya olub və olacaq. Rəbb belə buyurub. Erməni xalqına qarşı bütün milli satqınlar xaricdəki himayədarları ilə birlikdə cəhənnəmə göndəriləcək”, deyə o, qeyd edib.

Bizim.Media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.