Azərbaycan bəzi separatçıların Bakıya təhvil verilməsini tələb etdi - TƏFƏRRÜAT

20-09-2023, 20:04           
Azərbaycan bəzi separatçıların Bakıya təhvil verilməsini tələb etdi - TƏFƏRRÜAT
Azərbaycan tərəfi bu gün Qarabağ ermənilərinin nümayəndələrinə siyahı təqdim edib və orada adları qeyd olunan şəxslərin Bakıya təhvil verilməsini tələb edib.
Teref.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.
Məlumata görə, sözügedən siyahıda separatçı rejimin keçmiş “rəhbər”lərinin, hərbçilərin və məmurlarının adları var.
“Caliber”in məlumatına görə isə, bu siyahıda Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ordusuna və dinc əhaliyə qarşı vəhşiliklər, eləcə də ağır cinayətlər törətmiş şəxslərin adlarının olduğunu ehtimal etmək olar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru