Zaxarova Qarabağda ölən sülhməramlılardan yazdı

20-09-2023, 21:07           
Zaxarova Qarabağda ölən sülhməramlılardan yazdı
“Həmişə olduğu kimi regionda sülh naminə zərbəni qəbul edən və həlak olan rus sülhməramlılarının xatirəsini hörmətlə anırıq”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

"Vicdansızların öz fəaliyyətlərini şübhə altına almağa çalışdıqları nankorluq onların şücaətlərinə kölgə salmayacaq, əksinə böhtançıların üzərinə əbədi rüsvayçılıqla düşəcək",-deyə o yazıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağda rusiyalı sülhməramlıların olduğu avtomobilin atəşə tutulduğunu, hərbçilərin həlak olduğunu bildirib:

“Sentyabrın 20-də Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən Dağlıq Qarabağ ərazisində Canyataq qəsəbəsində rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olublar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.