Rusiya yenə Paşinyanı hədəf aldı: “Bu, Qarabağ məsələsinin yekun qərarı oldu”

21-09-2023, 00:09           
Rusiya yenə Paşinyanı hədəf aldı:
“2022-ci ilin əvvəlində İrəvanın əlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli 3 üçtərəfli Bəyanat var idi. Bunlar ki, bölgdə sülhün necə təmin olunacağının siyasi və praktiki yol xəritəsi idi”.

Cebhe.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.

“İrəvan imzaladığını həyata keçirməyi deyil, öz xoşbəxtliyini NATO-AB-də axtarmağı seçdi. Məhz Brüsselin və baş məsləhətçi Parisin vasitəçiliyi ilə 2022-ci il oktyabrın 6-da Praqada keçirilən sammitdə Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin dördtərəfli görüşünün yekunlarına dair Bəyanat qəbul edildi. Orada sözün əsl mənasında deyilir: “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyirlər ki, onlar bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıyırlar”. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Eyni zamanda, mətndə bölgə sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi zərurəti barədə bir söz də yoxdur. Mətn 7 oktyabr 2022-ci ildə rəsmi olaraq nəşr olundu.
Bu, İrəvanın Qarabağ məsələsinin yekun qərarı oldu”.

Zaxarova daha sonra yazıb: “Niyə Nikol Paşinyan və Ermənistan hakimiyyəti məhz bunu etdi, niyə Paris və Brüssel rəsmi İrəvanı buna sövq etdi? Bu suallar onlara verilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.