ABŞ Rusiyanı əvəz etmək istəyir - Güney Qafqaz ÇALXALANIR...

17-11-2023, 18:24           
ABŞ Rusiyanı əvəz etmək istəyir -
“ABŞ Dövlət Departamenti hesab edir ki, Azərbaycanın Qarabağ İqtisadi Zonasında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarına əvəz tapılmalıdır”.

Bu bəyanatla ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn çıxış edib.

“Hazırda Rusiya qoşunları oradadır, 2020-ci il atəşkəs bəyanatına əsasən, bu, onların ilk müddətidir. Əgər Ermənistan və Azərbaycan üçün alternativ olarsa, artıq Rusiya sülhməramlılarının iştirakına ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirməkdə uğursuz olublar”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən bildirib.

“Rusiya sülhməramlılarının 5 illik müddət bitdikdən sonra - il yarımdan sonra ölkəni tərk etmələri lazımdır”, - o əlavə edib.

Dövlət katibinin köməkçisinin sözlərinə görə, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır.

“Ən yaxşı yanaşma hər iki ölkəyə bizimlə və Qərblə işləmək kimi alternativ verməkdir”, - deyə Ceyms O`Brayn bildirib.

Dövlər Departamenti rəsmisinin açıqlamasını “Cümhuriyət”ə şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, ABŞ Qarabağa özünün hərbi kontingentini yerləşdirmək istəyir. O`Braynın Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması tələbi də bununla bağlıdır:

“Dövlət katibinin müavini alternativ variant dedikdə Azərbaycan ərazisinə ABŞ-ın sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Sentyabr ayında ABŞ-ın sülhməramlı qüvvələri ilə Ermənistan ordusunun birgə təlimləri keçirilib. Bu təlimlər həmin prosesə hazırlıq məqsədi daşıyırdı. Lakin Azərbaycan silahlı qüvvələrinin qəfil antiterror əmliyyatları keçirməsi bu planı reallaşdırmağa imkan vermədi.

Antiterror əməliyyatından sonra regionda sülməramlılara ehtiyac qalmır. Bu da ABŞ-ı qəzəbləndirib. Çox güman ki, onlar Rusiya sülhməramlıları Azərbaycandan çıxdıqdan sonra onları əvəz etməyi düşünürdülər. Ancaq onların ssenarisi həyata keçmədi. Digər tərəfdən, O`Brayn özü də regiondakı prosesləri düzgün qiymələndirə bilmir və nə danışdığının fərqində deyil. Görünür, onun real vəziyyətdən xəbəri yoxdur. Regionumuzun təhlükəsizlik arxitekturası onların diqtəsi ilə formalaşmayacaq. Bu, obyektiv prosesdir və onun müəyyənləşməsində regional iştirakçılar əsas rol oynayır. ABŞ isə regional iştirakçıların bu geosiyasi arxitekturtanın qurulmasında iştirakını qəbul etmir.

Ceyms O`Brayn deyib ki, Azərbaycan və Ermənistan Rusiya-İran oxundan uzaq durmalıdır. Halbuki, regionun əsas iştirakçıları olan Rusiya və İranla münasibətlər qurulmadan təhlükəsizlik sistemi qurmaq mümkün deyil. Rusiya və İran həm də Xəzəryanı təhlükəsizlik sisteminin iştirakçılarıdır. ABŞ bu sistemdə ona yer olmayacağından narahatdır”.

Məlumdur ki, Azərbaycan “3+3”, sonra isə “3+2” regional əməkdaşlıq formatlarını irəli sürüb:

“ABŞ bu gündəmin bölgə dövlətləri tərəfindən müəyyən olunmasında maraqlı deyil və hesab edir ki, regionda polis rolunu oynasın. Bu məqsədlə Qərbə münaqişənin qalması lazımdır. ABŞ bu davranışı ilə regiondakı ənənəvi balanslaşdırılmış siyasətin üzərindən xətt çəkir. Bayden adminstarisyası Cənubi Qafqazda gedən proseslərə çox qeyri-peşəkar yanaşır.

Çox güman ki, ABŞ Cənubi Qafqazda nüfuzunu genişləndirmək üçün erməniləri kütləvi Qarabağa köçürmək və sonra onların təhlükəsizliyinin təmin edilməsi adı altında öz sülhməramlı qüvvələrini daimi əsaslarla Azərbaycan ərazisinə yerləşdirmək niyyətindədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.