Paşinyanla Ohanyanın sözü çəpləşdi - Parlamentdə MÜBAHİSƏ

6-12-2023, 19:38           
Paşinyanla Ohanyanın sözü çəpləşdi - Parlamentdə MÜBAHİSƏ
“Mən artıq demişəm ki, bizim strateji məqsədimiz Ermənistanın dövlətçiliyini, suverenliyini və müstəqilliyini möhkəmləndirməkdir. Və biz bu istiqamətdə irəliləyişimizi davam etdirəcəyik”.

Bunu dekabrın 6-da parlamentdə Baş nazir Nikol Paşinyan “Hayastan” fraksiyasının rəhbəri, eks-müdafiə naziri Seyran Ohanyanın mübahisə tonunda ünvanlanmış suallarına cavab verərəkən deyib.

Seyran Ohanyan Baş nazirdən Ermənistanın qondarma “Artsax”ın gələcəyi ilə bağlı strategiyasının nədən ibarət olduğu, Bakıda həbsdə saxlanılarn Qarabağ separatçılarının “liderlərinin” geri qaytarılması üçün nələr edildiyi barədə suallara cavab istəyib.

Paşinyan deyib ki, müəyyən qüvvələr “Dağlıq Qarabağ məsələsi”ndən yalnız bir məqsəd üçün istifadə ediblər ki, bu da Ermənistanda dövlətçiliyin yaranmasının qarşısını almaq olub.

"Mənim üçün bu inam zaman keçdikcə güclənir", - Baş nazir vurğulaylb.

Paşinyan bir daha təkrar edib ki, 1996-cı ildə keçirilmiş Lissabon sammitindən sonra “Dağlıq Qarabağ məsələsi” artıq yox idi.

“Biz bu reallığı qəbul etmədik. Bu, bizim dərin köklü problemlərdən biridir, o cümlədən hökumətimizin problemidir. Yuxarıda qeyd olunan sammitin yekunu olaraq bəyanat qəbul edilib ki, “Dağlıq Qarabağ məsələsi” öz müqəddəratını təyinetmə hüququ çərçivəsində həll edilməlidir, yəni “Dağlıq Qarabağ” Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır.

Biz hamımız istifadə etdiyimiz terminləri həmişə dövriyyəyə bu terminləri daxil edən qurumların qavrayışı ilə müqayisə etməmişik. Nəticədə reallıqla qarşıya qoyduğumuz hədəflər arasında keçilməz uçurum yaranıb”, - Paşinyan izah edib.

S.Ohanyan öz növbəsində Azərbaycanın “Artsax”a görə cəzalandırılmasının və “Artsaxın dövlət institutları”nın qorunub saxlanmasının, eləcə də ermənilərin Qarabağa qayıtması üçün şərait yaradılmasının vacibliyini qeyd edib.

O, Paşinyanı ictimaiyyəti çaşdırmaq cəhdində ittiham edərək, “Artsax”ın həmişə mövcud olduğunu və ermənilərin məhz indiki hakimiyyətin bəyanatlarından və hərəkətlərindən sonra yaranmış vəziyyət nəticəsində oradan qovulduğunu xatırladıb.

“Mənim vəzifəm Ermənistanın gələcəyidir. Ermənistan Konstitusiyası Ermənistanın gələcəyi üçün məsuliyyəti mənə həvalə edir və mən bütün diqqətimi bu işə yönəltmişəm”, - deyə Paşinyan Ohanyana cavab verib.

Paşinyan “Ermənistan hakimiyyəti “Artsax”a kömək etmədi” kimi iddialara bir sözlə cavab verib: nankorluq.

Sonda o, əmin edib ki, Bakıda həbsdə olan separatçıların qaytarılması üçün gündəlik iş aparılır. (Modern.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.