İrəvandakı lotereya oyununa Baqratın mitinqindəkindən çox adam qatıldı… - FOTO

10-06-2024, 09:41           
 İrəvandakı lotereya oyununa Baqratın mitinqindəkindən çox adam qatıldı… - FOTO
Dünən İrəvanın Nor-Nork rayonunda “Yerevan City” supermarketinin təşkil etdiyi böyük tıxaclara səbəb olan lotereya turniri ilə keşiş Baqratın mitinqinin müqayisəsi müzakirə obyektinə çevrilib.

Moderator.az xəbər verir ki, “Armtimes” nəşrinin yazdığına görə, sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, supermarketdə keçirilən lotereya oyununda Vazgen Qalstanyanın mitinqindən daha çox adam iştirak edib.

“Yerevan City” supermarketinin təşkil etdiyi “Müqəddəs lotereya hərəkatı”, – istifadəçilər lotereya oyununa toplaşanları əks etdirən fotonun şərhində belə yazıblar.

Xatırladılır ki , qondarm “Vətən Uğrunda” hərəkatı dünən saat 18:30-dan etibarən Respublika meydanında mitinq çağırıb. “Məlumatlı Vətəndaşlar Birliyi” aerofotoqrafiya vasitəsilə aksiya iştirakçılarının hesabını aparıb və nəticədə saat 19:13-ə Respublika meydanı və ona bitişik ərazilərdə cəmi 15 min 400 nəfərin olduğu məlum olub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.