Putinlə Ərdoğanın görüşü 55 dəqiqə davam edib

24-10-2024, 09:13           
Putinlə Ərdoğanın görüşü 55 dəqiqə davam edib
Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş başa çatıb.
Bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Putin və Ərdoğan arasında danışıqlar saat 18:00 radələrində başlayıb. Görüşün təxminən 55 dəqiqə davam etdiyi bildirilib.

Rusiya lideri danışıqlara başlamazdan öncə Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə liderinə başsağlığı verib.

“Bizim buna münasibətimizi bilirsiniz, motivi nə olursa olsun, biz bu cür təzahürləri pisləyirik”, – Putin vurğulayıb.

Danışıqlar zamanı Ərdoğan Moskva ilə Ankara arasında bank problemlərinin həll olunduğunu bildirib. O vurğulayıb ki, hazırda iki ölkənin departamentləri dövlətlər arasında bank köçürmələri ilə bağlı problemləri həll edir.

Görüş zamanı həmçinin Putin Ərdoğana ölkəsinə səfər edəcəyinə söz verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru