"İsrailin Yaxın Şərqdəki hərəkətləri qlobal təhlükəsizliyi təhdid edir"

24-10-2024, 10:14           
"İsrailin Yaxın Şərqdəki hərəkətləri qlobal təhlükəsizliyi təhdid edir"
İsrailin Fələstində və Livanda apardığı hərbi əməliyyatlar qlobal təhlükəsizliyi təhdid edir.

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

Ərdoğan İsrailin fələstinliləri torpaqlarından məhrum etmək planlarına qarşı çıxmağı “insanlıq borcu” hesab edir və BRİKS-in İsrailin siyasətinə qarşı çıxacağına ümid etdiyini bildirib:

“Prezident Ərdoğan bildirib ki, Fələstindəki qırğınlara İsrail Livanda yenilərini əlavə edib və bu hərəkətlər təkcə Yaxın Şərqi deyil, həm də qlobal təhlükəsizliyi təhdid etməyə başlayıb”.

Türkiyə lideri oktyabrın 22-dən 24-dək Kazanda keçirilən BRİKS sammitinə gəlib. Putin Ərdoğanla görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərini, həmçinin təhlükəsizlik məsələlərini və Yaxın Şərqdə qeyri-sabitliyin həllini müzakirə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru