Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb

24-10-2024, 11:35           
Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb
BRICS-in 16-cı zirvə toplantısının "autriç"/BRICS plus formatında keçiriləcək iclasında terrorizmə qarşı mübarizə, transmilli cinayətkarlıq, yoxsulluqla mübarizə və münaqişələrin dinc yolla həlli məsələləri müzakirə olunacaq.

Bu barədə BRICS sammiti iştirakçıları şərəfinə keçirilən təntənəli qəbulda Rusiya Prezidenti Vladimir Putin deyib.

"Sabah sizinlə birlikdə "autriç"/"BRICS plus" formatında görüş keçirəcəyik. Bu genişləndirilmiş format artıq özünü yaxşı sübut edib və birliyin üzvləri ilə dostlarımız arasında birbaşa və açıq dialoq üçün imkan yaradır", - Putin bildirib.

O qeyd edib ki, iştirakçılar dünya birliyini narahat edən məsələləri birlikdə müzakirə edəcəklər.

"Bu, dayanıqlı inkişaf, yoxsulluğun aradan qaldırılması, münaqişələrin dinc yolla həlli, terrorizm və transmilli cinayətkarlıqla mübarizə, iqlim dəyişikliyinə uyğunlaşma, tədarük zəncirlərinin sabitliyi, texnologiya və bilik mübadiləsidir. Bu mövzular birbaşa vətəndaşlarımızın həyatına təsir edir və buna görə də kollektiv tədbirlər tələb edir", - Putin vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru