Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya

24-10-2024, 10:24           
Türkiyədə terakta Ermənistandan gözlənilməz reaksiya
Ermənistan Xarici İşlər Nazirliyi Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, bəyanat Ermənistan XİN-in “X” sosial şəbəkəsində yerləşdirilib.

“Bu gün Ankarada baş verən hücum onu ​​göstərir ki, terrora və günahsız insanlara zərər verməyə heç bir bəraət yoxdur. Ermənistan, dəfələrlə qeyd edildiyi kimi, terrorizmin bütün formalarına və buna bənzər zorakı hərəkətlərə qarşıdır”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan uzun illər Azərbaycana qarşı terror aktları həyata keçirib. Eyni zamanda ermənilər türk diplomatlara sui-qəsdləri ilə tanınırlar. Bu ölkənin bu və ya digər formada dəstək verdiyi onlarla erməni terror təşkilatı var.

Qeyd edək ki, Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında iki partlayış baş verib, 3 terrorçu silahlı hücum edib. Nəticədə 4 nəfər ölüb, 14 nəfər yaralanıb. Terrorçulardan ikisi məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru