PKK-nın Rusiyada nümayəndəsi Bara Yusubov həbs edilib-Ermənistana da gedirmiş /FOTO

24-10-2024, 11:25           
PKK-nın Rusiyada nümayəndəsi Bara Yusubov həbs edilib-Ermənistana da gedirmiş /FOTO
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) polislə birlikdə terror təşkilatı PKK-nın Rusiyadakı fəal üzvü Bara Yusubovun tutulması istiqamətində uğurlu əməliyyat keçirib.

Təhlükəsizlik qurumlarındakı mənbələrdən Anadolu Agentliyinə verilən məlumata görə, Yusubov PKK-nın Rusiya, Qazaxıstan və Ermənistanda, eləcə də İraqdakı Mahmur düşərgəsində təbliğat işləri aparıb.

O, həmçinin təşkilat rəhbərləri ilə sıx əlaqə saxlayıb və hücumların təşkilində iştirak edib.

Türkiyə xüsusi xidmət orqanları 2020-ci ildən Yusubovu izləyir. Uğurlu əməliyyat nəticəsində terrorçu Türkiyədə yaxalanaraq məhkəməyə təhvil verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru