Avropa İttifaqı komissarı Nikolas Şmit Jozep Borelin adından Azərbaycandan siyasi məhbusları azad etməyi və öz beynəlxalq öhdəliklərini yerinə yetirməyi tələb edib
24-10-2024, 18:35
Oktyabrın 22-də Strasburqda Avropa Parlamentinin Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı debatlara dair iclasında Avropa İttifaqının məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit çıxış edib. O, Avropa İttifaqının xarici İşlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borelin adından bəyanatı oxuyub.
"Müzakirələr Birləşmiş Millətlər Təşkilatının COP29 iqlim dəyişmələri konfransının Bakıda keçirilməsi ərəfəsində baş tutur və bu tədbir dünyanın diqqətini Azərbaycana yönəldəcək. Konfrans Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirməsi üçün imkan olacaq. Bu, son illərdə vətəndaş cəmiyyəti məkanının getdikcə daralması, müstəqil KİV-ə və özgəfikirliliyə qarşı repressiyaların güclənməsi, eləcə də özbaşına həbslərin sayının artması ilə bağlı narahatverici tendensiyası aradan qaldırmaq üçün fürsətdir", - Şmit deyib.
Eyni zamanda, o, “Qubad İbadoğlu, İlhamiz Quliyev, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli və Anar Məmmədlinin taleyi də daxil olmaqla, bir sıra xüsusilə narahatedici halardan bəhs edib. Praqada təhsil alan, bu yay Azərbaycana ailəsini görməyə gəldiyi zaman həbs edilmiş gənc alim və sülh uğrunda fəal Bəhruz Səmədov daxil olmaqla, onların sayı daha da artıb".