Putin: "Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən varianta hazırıq"
25-10-2024, 12:54
Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən variantı nəzərdən keçirməyə hazırıq.
Bunu Rusiya prezidenti Vladimir Putin Kazanda baş tutan BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Ukrayna ilə danışıqların mümkünlüyü haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, Zelenski danışıqlara hazır deyil, çünki o, seçki keçirməli olacaq.
Putin qeyd edib ki, Kiyev rejiminin rəhbərləri danışıqları sadəcə olaraq istəmirlər: "Danışıqların başlaması Ukraynada prezident seçkilərinə səbəb olacaq hərbi vəziyyətin ləğvinə gətirib çıxaracaq. Görünür, Zelenski buna hazır deyil. Top onların meydançasındadır. Rusiya yerdəki reallıqlara əsaslanan istənilən sülh sazişlərini nəzərdən keçirməyə hazırdır. Bundan başqa heç nəyə hazır deyilik".