Zaxarova Rusiya XİN-də Avropa Problemləri Departamentinin yaranma səbəblərini açıqlayıb

5-11-2024, 12:18           
Zaxarova Rusiya XİN-də Avropa Problemləri Departamentinin yaranma səbəblərini açıqlayıb
Bu, dəyişən geosiyasi reallıqlarla, eləcə də Rusiya XİN-in fəaliyyətinin onlara uyğunlaşdırılması zərurəti ilə bağlıdır.
Diplomat Mariya Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin adının dəyişdirilərək Avropa Problemləri Departamenti adlandırıldığını bildirib.
"TASS" agentliyi bu barədə yazıb.
Mariya Zaxarovanın sözlərinə görə, bu, dəyişən geosiyasi reallıqlarla, eləcə də Rusiya XİN-in fəaliyyətinin onlara uyğunlaşdırılması zərurəti ilə bağlıdır.
Səbəb - Avropada çoxtərəfli əməkdaşlıq strukturlarının açıq-aşkar deqradasiyasıdır", - diplomat bildirib.
Daha əvvəl Mariya Zaxarova Çexiya prezidentinin 60 vətəndaşa Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq icazəsini qiymətləndirib. Onun sözlərinə görə, Peter Pavel bununla sübut edib ki, onun həmvətənlərinə ehtiyacı yoxdur.
Bundan əlavə, Mariya Zaxarova Ukraynanın 935 hərbi əsirdən yalnız 279-nu geri götürdüyünü bildirib. O, əlavə edib ki, Kiyev Rusiya ilə hərbi əsirlərin dəyişdirilməsi prosesini sabotaj edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru