Kreml: Baydenin raket qərarı Ukrayna ilə müharibədə gərginliyi artırır
Bu gün, 18:04
Kreml bazar ertəsi ABŞ prezidenti Co Baydeni Moskvanın Ukraynaya qarşı təxminən üç ildir davam edən müharibəsi ilə bağlı düşmənçiliyi gücləndirməkdə ittiham edib və Kyivə Vaşinqton tərəfindən təchiz edilmiş uzaqmənzilli raketlərdən Rusiya daxilində zərbələr endirməyə icazə verməklə ciddi siyasət dəyişikliyi etdiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, iki ay sonra vəzifəsini tərk edəcək Baydenin qərarı “yeni gərginlik spiralını və ABŞ-ın münaqişəyə cəlb olunması baxımından yeni situasiyanı” göstərir.
Rusiya prezidenti Vladimir Putin ictimaiyyətə açıqlama verməyib. Lakin Peskov jurnalistlərə sentyabr ayında Putinin Ukraynanın Rusiyanı hədəf almasına icazə verilməsinin münaqişədəki payı əhəmiyyətli dərəcədə artıracağını bildirdiyi bəyanata istinad edib.
Bu, "münaqişənin mahiyyətini kəskin şəkildə dəyişdirəcək. Bu, NATO ölkələrinin - ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq” - deyə, Putin bildirmişdi.
Peskov iddia edib ki, uzaqmənzilli silahlar tədarük edən Qərb ölkələri də Kyivə hədəfləmə xidmətləri göstərir.
“Bu, onların münaqişəyə cəlb olunma modallığını əsaslı şəkildə dəyişir”, Peskov bildirib.
Baydenin qərar Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verilməsi ilə bağlı aylardır etdiyi müraciətdən sonra verilib.
Silahlardan Şimali Koreyanın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Rusiyaya minlərlə hərbçi göndərmək qərarına cavab olaraq istifadə olunacağı ehtimal edilir.