Kreml rəsmisi Rusiyadakı Şimali Koreya əsgərləri barədə suala cavab vermədi

20-11-2024, 00:08           
Kreml rəsmisi Rusiyadakı Şimali Koreya əsgərləri barədə suala cavab vermədi
Dmitri Peskov: “Ərazimizdəki Koreya əsgərlərinin olması məsələsi daha çox ordumuza, müdafiəmizə aid məsələdir”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Şimali Koreyadan Rusiyaya əsgərlər gətirilməsi ilə bağlı sualını cavabsız qoyub.

AYNA rus mediasına istinadən bildirir ki, Kreml rəsmisi bu sualın Müdafiə Nazirliyinə ünvanlanmalı olduğunu qeyd edib: “Ərazimizdəki Koreya əsgərlərinin olması məsələsi daha çox ordumuza, müdafiəmizə aid məsələdir”.

Qeyd edək ki, Kiyev Qərb Rusiya tərəfindən Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşdüyünü açıqlayıb. Pentaqon isə Kursk vilayətində Şimali Koreya hərbçilərinin döyüşməsi ilə bağlı məlumatları təsdiq edə bilməyib.

Xatırladaq ki, bu ay Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Şimali Koreya arasındakı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya edən qanunu imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru