Fransa Prezidenti Emmanuel Makron “böyük iyirmilərin” Brazliyadakı toplantısında Rusiya xarici işlər naziri Sergey Lavrovun əlini sıxarkən, o biri tərəfdən ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiyanın içərilərinə doğru raket zərbələri endirməsinə icazə verməsini dəstəklədiyini bildirib. Bəlkə də Lavrovun əlini sıxan Makron Almaniya kansleri Olaf Şoltsdan sonra rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmaq planı qurub. Makron Şoltsla yanaşı ABŞ-ın gələcək Prezidenti Donald Trampın də Kreml sahibiylə dil tapacağından və bununla hər ikisindən geri qalacağından narahatdır. Elxan Şahinoğlu TEREF