Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı

Bu gün, 00:10           
Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
Rusiya prezidenti Vladimir Putin Donald Trampla Ukraynada atəşkəs razılaşmasını müzakirə etməyə hazırdır.
Bu barədə “Reuters” beş mənbəyə istinadən yazır.
Agentlik aydınlaşdırır ki, Rusiya prezidenti istənilən böyük ərazi güzəştlərinin mümkünlüyünü istisna edir. Həmçinin, “Reuters” əlavə edir ki, Rusiya Ukraynanın NATO-ya daxil olmasına və ya Ukrayna ərazisində NATO qoşunlarının olmasına dözməyəcək.
“Reuters” beş keçmiş və indiki Rusiya rəsmisi ilə söhbətlərə əsaslanaraq yazdığı kimi, Kreml bütövlükdə cəbhə xəttində münaqişənin dondurulmasına razı ola bilər. Dörd regionun – Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin yeni sərhədlərinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıla bilər.
Həmçinin agentliyin mənbələri hesab edir ki, Rusiya Xarkov və Nikolayev vilayətlərində tutduğu kiçik ərazilərdən imtina edə bilər.
“Reuters”in həmsöhbətləri Ukraynanın NATO-ya üzv olmaqdan imtinasını sülhün digər vacib şərti adlandırırlar. Eyni zamanda, Kreml Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə açıqdır. Rusiya hakimiyyəti həmçinin Ukraynadan silahlı qüvvələrinin sayını məhdudlaşdırmağı və rus dilinə qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.