Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!

18-12-2024, 18:14           
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Niyə bu sualı mənə verirsiniz? Bu sualı rəsmi İrəvana verin! Biz bu sualı Ermənistan tərəfinin qarşısına qoyacağıq. Amma niyə bizdən soruşursunuz bunu? Bu bizim qərarımız deyil, qarşı tərəfindir. Niyə analoji vəziyyətlərdə başqa ölkələrdən gələn insanların giriş qadağası götürülür? Bu, ikili standartların və seqreqasiyanın təzahürü deyilmi?

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin sualına cavab olaraq deyib.

Qeyd edək ki, erməni jurnalist “niyə Fransa prezidenti Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanın İrəvana girişinə qoyulan qadağanı ləğv etdirə bilir, ancaq Moskva erməni əsilli Rusiya vətəndaşlarına qarşı bu cür qadağaların aradan qaldırılmasına nail olmağı bacarmır” sualını ünvanlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru