Putin özünü ən adekvat, dünya ilə danışmağa hazır insan kimi təqdim edir.

20-12-2024, 16:34           
Putin özünü ən adekvat, dünya ilə danışmağa hazır insan kimi təqdim edir.
Putinin mətbuat konfransını hissə-hissə izləyirəm, sabah daha geniş yazmağa çalışacam, amma ilk təəsüratəm budur ki, Putin özünü indiki Rusiyada ən adekvat, dünya ilə danışmağa hazır insan kimi təqdim edir. Məhz bu təqdimatın inandırıcı olması üçün Putin yaxın ətrafından, Medvedevdən, Kremlin təbliğatçılarından illərdir “xoxan” düzəldirdi, onların fonunda ən adekvat insan məhz özü görünür. Siyasi PR-dır, amma işləkdir, digərlərinin sərsəm, absurd, dünyanı dağıtmaqla hədələyən “şahin” açıqlamaları fonunda Putin sülh “göyərçini” kimi görünmək istəyir – halbuki, bəlkə də, Medvedyevin sərsəm açıqlmalarının redaktoru, təbliğatçılara gedən tezislərin müəllifi elə Putinin özüdür.
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru