Amerikalı jurnalist canlı sual-cavabda Putini qıcıqlandırdı: “Zəif lidersiniz”

20-12-2024, 09:28           
Amerikalı jurnalist canlı sual-cavabda Putini qıcıqlandırdı: “Zəif lidersiniz”
“Sizin dəstəklədiyiniz Suriya lideri hakimiyyətdən uzaqlaşdırılıb”

Dekabrın 19-da canlı sual-cavab zamanı NBC jurnalisti Keir Hardi Brennan-Simmons Rusiya Prezidenti Vladimir Putindən ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa nə təklif edə biləcəyini soruşub.

AYNA xəbər verir ki, jurnalist Putinin “xüsusi hərbi əməliyyatın” məqsədlərinə nail ola bilmədiyini qeyd edib və həmçinin bildirib ki, “bu həftə Moskvada qətlə yetirilən general da daxil olmaqla çoxlu sayda rus ölüb”.

Brennan-Simmons həmçinin bildirib ki, “sizin dəstəklədiyiniz Suriya lideri hakimiyyətdən uzaqlaşdırılıb” və əlavə edib: “Prezident Trampla görüşəndə ​​daha zəif lider olacaqsınız. Ona nə təklif edə bilərsiniz?”.

Putin isə öz növbəsində “Rusiya bu müddət ərzində daha da güclənib” cavabını verib.

Ekspertlər bildirirlər ki, jurnalistin ifadələri və verdiyi suallar Putini qıcıqlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru