Amerikalı milyarder İlon Mask ABŞ hökumətində kresloya oturduqdan sonra Avropaya qarışmağa başlayıb.
O, ifrat sağçı partiyanın "Almaniyanın xilaskarı" olduğunu bildirib.
Partiya seçkilərdə ikinci yerdədir və çoxluğun qarşısını almaq iqtidarındadır.
Lakin Almaniyanın əsas partiyaları partiya ilə milli səviyyədə əməkdaşlıqdan imtina edirlər.
Seçki anketləri ilə bağlı paylaşıma cavab verən Mask sosial media platforması X-dəki paylaşımında “Yalnız AfD Almaniyanı xilas edə bilər” yazısını paylaşıb.
Mask daha əvvəl Avropada mühacirlər əleyhinə olan partiyaları dəstəklədiyini açıqlamışdı.