Avropanın ağılsız miqrant siyasəti, “multikulturalizm” adı altında müasir “ghetto”-ların yaranması öz mənfi təsirini göstərir

Bu gün, 10:14           
Avropanın ağılsız miqrant siyasəti, “multikulturalizm” adı altında müasir “ghetto”-ların yaranması öz mənfi təsirini göstərir
Almaniyada baş verən vəhşi terror aktında 11 nəfər ölüb, 80 nəfər yaralanıb – terror aktını törədən Səudiyyə Ərəbistanından, ixtisasca həkim olan miqrantdır. Böyük faciədir, Almaniya xalqına səbr diləyirəm.
Fevralda Almaniyada seçkilərdir, bu terror aktından sonra "Almaniya üçün Alternativ" (AFD) partiyasının böyük səs toplayacağını indidən proqnozlaşdırmaq mümkündür (Elon Musk-ın son “tvitini” də unutmayın). Hələ illər öncə (axtarış versəniz görərsiniz) yazırdıq ki, Avropanın ağılsız miqrant siyasəti, “multikulturalizm” adı altında müasir “ghetto”-ların yaranmasına göz yummaları, hətta buna şərait yaradıb uğur kimi təqdim etmələri, “sağ” və “millətçi” siyasi partiyaların güclənməsi ilə nəticələnəcək. ABŞ-da Trampın qalib gəlməsi prosesi daha da sürətləndirdi, Almaniyada AFD-nin, Fransada Marine Le Pen “Milli Birlik” partiyasının güclənməsi obyektiv reallıqdır, son 30 ildə “sol nyu-liberalizmin” ağılsız siyasətinin nəticəsidir. Bu trend, ən azı, 2-3 seçki dövründə (10-15 il) güclənərək davam edəcək.
Bütün ölkələr bu trendi nəzərə almalıdır, SSRİ dağılandan sonra ilk dəfədir ki, dünyada yeni ideologi cəbhələşmə yaranır – “sol psevdo-liberalizm” və “ sağ konservatizm”, yaxın illərdə dünyada ideoloji mübarizə məhz bu geniş cəbhələr arasında gedəcək, bu “cəbhələşmə” ölkələrin coğrafi mövqeyindən asılı olmayaraq qurulur, “sağ konservatizmin” hegamonluğu sonradan başqa problemlər doğuracaq, bir müddət sonra “siyasi kəfkir” yavaş-yavaş “sola”, və ya “liberalizmə” doğru hərəkətə keçəcək.
Sadəcə, elə etməl lazımdır ki, bu hərəkət əsl liberalizmə doğru olsun, psevdo-liberalizm (liboşluq) tarixə gömülsün...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.