İran Suriyadakı yeni rejimə qarşı
Bu gün, 11:18
İranın ali dini lideri ayətullah Əli Xamenei suriyalıları keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra formalaşan hökumətə müqavimət göstərməyə çağırıb.
Xameneinin fikrincə, Suriyadakı üsyan Qərb tərəfindən təşkil edilib.
Gununsesi.info xəbər verir ki, dini lider suriyalıları xüsusilə də ölkə gənclərini bu təhlükəli vəziyyəti görməyə çağırıb:
O, deyib ki, suriyalılar gerçəkləşdirənlərə qarşı qətiyyətlə çıxmalıdırlar.
Bəşər Əsəd Suriyanı dekabrın 8-də ABŞ-ın terror təşkilatı kimi tanıdığı Həyat Təhrir əş-Şam və onun mütəffiqlərinin (bir qismi Türkiyə ilə əlaqəlidir – red.) hakimiyyəti ildırımsürətli hücumla ələ keçirməsindən sonra tərk edib. Ölkədə Əsəd ailəsinin 53 illik hakimiyyətinə son qoyulub, prezident isə Rusiyadan siyasi sığınacaq alıb.
Hakimiyyəti ələ keçirən Həyat Təhrir əş-Şam isə dərhal müvəqqəti hökumət yaradıb.
Hakimiyyəti ələ keçirən təşkilat və keçid hökuməti bütün suriyalıların haqlarını müdafiə edəcəyini desə də Xamenei bu gün bəyan edib ki, İranla bağlı olan qruplar yekunda Suriyada qələbə qazanacaqlar. Bununla belə bir çoxları Əsədin hakimiyyətdən getməsini Tehrana növbəti zərbə olduğunu bildiriblər.