Keçmiş prezidentlərdən Paşinyanın debat çağırışına CAVAB
Dünən, 08:47
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi Paşinyanın debat çağırışına cavab verib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Aşkar şeylər haqqında mübahisə etmək mənasızdır. Xüsusən ona görə ki, hakimiyyətin ələ keçirilməsinə qədər hər şey təfərrüatlı şəkildə ortadadır. Üstəlik, Ermənistan lideri danışıqlar prosesinin baş tutmaması üçün hər şeyi etdi. Əgər o, həqiqətən də debat keçirmək istəyirsə, onda biz bunu Rusiya, ABŞ və Fransa prezidentləri ilə həyata keçirməyi tövsiyə edirik. “Təhsilli və konstruktiv” həmkarınızın həm 2016-cı ildə, həm də müharibədən sonra verdiyi açıqlamaları oxumaq zərər verməz”, – deyə məlumatda vurğulanıb.
Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan isə baş nazirə başqaları ilə mübahisə etmək əvəzinə, özü ilə müzakirəni təklif edib.
“Əgər Nikol Paşinyan özü ilə debat təşkil etsə, bu, cəmiyyətimiz üçün son dərəcə faydalı olacaq. Əminəm ki, öz-özü ilə müzakirədə yalan danışdığını asanlıqla sübut edəcək”, – Musinyan istehza ilə bildirib.
İkinci prezident Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da debatda iştirakı rədd edib.
“Robert Köçəryan uzun müddətdir ki, Paşinyanın məntiq və məzmundan kənar bəyanatlarına məhəl qoymur”, – deyə Mikoyan vurğulayıb.