Erməni nəşrindən ilginc iddia: “Aİ-nin təzyiqləri Azərbaycandan ucuz qaz almaq üçündür”

Dünən, 10:30           
Erməni nəşrindən ilginc iddia: “Aİ-nin təzyiqləri Azərbaycandan ucuz qaz almaq üçündür”
Ermənistanda nəşr olunan çoxtirajlı “Hraparak” qəzeti Avropa İttifaqının Azərbaycanla sərhəddə müşahidə aparan missiyası ilə bağlı maraqlı yazı dərc edib. Tribunainfo.az xəbər verir ki, yazıda Aİ müşahidəçilərinin səbəbsiz yerə Azərbaycanla sərhəddə olmadığı, Qərbin burada bir sıra marqalarının olduğu iddia edilib.
Qəzet yazır ki, Avropa İttifaqı öz müşahidə missiyasının Ermənistanda qalmasını istəyir . “Bunun ən azı bir neçə səbəbi var. Aİ-nin hərbiləşdirilmiş müşahidəçilərinin Ermənistanda olmasının bir səbəbi budur ki, Ermənistanın Gürcüstan nümunəsini təkrar etməyəcəyinə və Qərbin nəzarətindən kənara çıxmağa cəsarət etməyəcəyinə zəmanətdir”.
“Hraparak” qeyd edir ki, Aİ-nin Azərbaycanla ciddi iqtisadi əlaqələri var. “O ölkədən qaz və neft alır, gələcəkdə elektrik enerjisini də idxal edəcək. Ermənistan üzərində öz təsirini saxlayan Aİ və Azərbaycanla sərhəd və ərazi məsələlərini həll olunmamış Ermənistandan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edə bilər”.
Erməni nəşri yazır ki, “əgər Azərbaycan hansısa məsələdə Aİ-nin tələbləri ilə razılaşmasa və ya enerji daşıyıcılarının tədarükçüsü kimi Aİ-nin özünə tələblər irəli sürərsə, Ermənistanı Azərbaycana qarşı təxribat etmək və ya hər hansı ermənipərəst qərar qəbul etmək olar.
Məqalədə daha sonra deyilir ki, bu gün Aİ-nin anti-Azərbaycan qətnamələri qəbul etməsi və insan haqları və söz azadlığı üzərindən təzyiqlər etməsi, oyundur. “Onlar bu addımları ilə oyun oynayırlar. Azərbaycan bunu yaxşı bildiyindən onların hərəkətlərinə məhəl qoymur”.
“Hraparak” bildirir ki, Aİ bu səbəbdən Ermənistana qahmar çıxır ki, gələcəkdə ondan istifadə etsain. “Ancaq arxanızda onun güclü himayədarları tərəfindən oynanan düşmən qonşunuz olduqda vəziyyət daha da ciddiləşir və dəyişir. Elə bunu bildyindən Azərbaycan müşahidəçilərin sərhəddən çıxarılmasını tələb edir”.
Erməni qəzeti sonda Avropa İttifqanın Azərbaycana qarşı son addımlarının başqa bir səbəbini də qeyd edib. “Aİ müşahidəçilərini ona görə sərhəddə saxlayır ki, Azərbaycandan istədikləri var. Həmin müşahidəçilər o zaman gedəcək ki, Azərbaycan Aİ-yə qazı 200 avroya satacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.