Putin nasizm üzərində qələbə ilə bağlı tarixi həqiqəti qorumağa çağırıb

26-12-2024, 10:44           
Putin nasizm üzərində qələbə ilə bağlı tarixi həqiqəti qorumağa çağırıb
Putin, həmçinin gələn il Qələbənin 80 illiyinin qeyd olunacağını, MDB məkanında bu ilin Nasizmə qarşı Mübarizədə Sülh və Birlik İli elan edildiyini xatırladıb.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Böyük Vətən Müharibəsində Qələbə bütün bəşəriyyət üçün ümumi dəyər kimi təbliğ edilməlidir.
Prezident bunu MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi sammiti zamanı deyib.
"Biz həmin illərin hadisələri ilə bağlı tarixi həqiqətin və dünyanın nasizmdən azad edilməsinin nəqədər baha başa gəldiyi ilə bağlı xatirələri qoruyub saxlamağa çalışmalı, 1945-ci ildə qazanılan Qələbənin bütün bəşəriyyət üçün ümumi dəyər kimi qavranılmasını təşviq etməliyik" - dövlət başçısı bəyan edib.
Putin, həmçinin qeyd edib ki, MDB ölkələri bütün SSRİ xalqlarının ölməz şücaətini xatırlayır və müqəddəs şəkildə ehtiramla yad edirlər. Onlar çiyin-çiyinə vuruşaraq Böyük Vətən Müharibəsində Qələbə qazanıblar.
O, gələn il Qələbənin 80 illiyinin qeyd olunacağını, MDB məkanında bu ilin Nasizmə qarşı Mübarizədə Sülh və Birlik İli elan edildiyini xatırladıb.
Qeyd edək ki, yanvarın 25-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin qeyri-rəsmi sammiti keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru