Kreml Trampın Ukraynada Rusiyanın itkiləri barədə məlumatının Kyivdən gəldiyini iddia edir
26-12-2024, 15:38
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın Ukraynada 600 min itki verdiyi üçün Suriyada Əsəd rejiminə kömək edə bilmədiyini deyib. Kremlin sözçüsü Dmitri Peskov Trampın iddiasını rədd edərək, Ukraynanın hərbi itkilərinin Rusiya ilə müqayisədə xeyli yüksək olduğunu iddia edib.