NATO-nun keçmiş baş katibi "Bilderberq klubu"na rəhbərlik edəcək

27-12-2024, 10:29           
NATO-nun keçmiş baş katibi "Bilderberq klubu"na rəhbərlik edəcək
NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq "Bilderberq klubu"na sədr təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat verib.

Nəşr Stoltenberqin təşkilata rəhbər təyin olunmasını ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gözlənilən andiçmə mərasimi ilə əlaqələndirir. Materialda qeyd olunur ki, keçmiş baş katib ilk olaraq trans-atlantik siyasət sahəsində təcrübəsi sayəsində klubun işinə cəlb edilib.

"1954-cü ildə qurulan "Bilderberq klubu" uzun müddətdir ki, Alp kurortlarındakı lüks hotellərdə gizli görüşləri ilə diqqəti cəlb edir, burada iştirakçıları beynəlxalq əlaqələr, iqtisadiyyat və təhlükəsizlik məsələlərini müzakirə edirlər", - qəzet qeyd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru