Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka

28-12-2024, 12:28           
Paşinyan Lukaşenkoya ictimai sillə vurdu - Pavel Latuşka
Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya ictimai sillə vurdu.

Axar.az xəbər verir ki, bu barədə Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşka sosial şəbəkə səhifəsində yazıb.

“Bu o vaxt baş verir ki, sən hər şeylə razılaşan saray əyanlarının mühitində olmursan", - o bildirib.

Qeyd edək ki, Paşinyanla Lukaşenko Aİİ sammitində mübahisə ediblər. Paşinyan Minskdə keçiriləcək iclasa onlayn qoşulacağını bildirəndə Lukaşenko buna etiraz etmişdi, Nikol Paşinyan isə “bəyanatının qüvvədə olduğunu” demişdi.

N.Paşinyan bundan əvvəl Lukaşenkonun prezidentliyi müddətində Ermənistanın heç bir rəsmisinin Minskə səfər etməyəcəyi haqda bəyanatla çıxış etmişdi.

Erməni baş nazir 26 dekabrda Peterburqda keçirilən sammitə də “kovidə yoluxduğu” bəhanəsi ilə onlayn qoşulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru