Tokayev və Putin təyyarə qəzası ilə bağlı şəffaf araşdırmanın vacibliyini bildiriblər

29-12-2024, 09:34           
Tokayev və Putin təyyarə qəzası ilə bağlı şəffaf araşdırmanın vacibliyini bildiriblər
Qazaxıstan prezidentləri Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin telefon danışığında Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı şəffaf araşdırmanın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

“Prezidentlər davam edən istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğuladılar”, - deyə məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, Prezidentlər həmçinin Qazaxıstan və Rusiya vətəndaşlarının təyyarə qəzası nəticəsində həlak olması ilə bağlı başsağlığı veriblər.

Həmsöhbətlər təyyarənin qəzaya uğrama şəraitinin aydınlaşdırılması istiqamətində görülən işləri müzakirə ediblər. “Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan Respublikasının yaradılmış hökumət komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssisləri cəlb etməklə araşdırmaları davam etdirir”, - deyə mətbuat xidməti bidirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.