Rusiyanın Yeni il təbrikində subliminal mesaj: "Səmamızda özgənin nə işi var" - VİDEO

29-12-2024, 11:34           
Rusiyanın Yeni il təbrikində subliminal mesaj: "Səmamızda özgənin nə işi var" - VİDEO
Rusiya tərəfindən yayımlanan Yeni il video-təbriki müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, Rusiyanın hökumətyönlü "Telegram" kanallarının paylaşdığı videoda ölkəyə gələn "qərbli Şaxta baba"nın ("Santa Klaus") HHM sistemi ilə məhv edildiyi görünür. "Ded Moroz" isə bunu alqışlayır və "bizim səmamızda başqasının nə işi var?", - deyir və əlavə edir: "Yeni iliniz mübarək!"

AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurularaq Aktauda qəzaya uğramasından sonra gündəmə gələn görüntülər birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə insanlar həmin görüntüləri Rusiya cəmiyyətinin ifrat dərəcədə hərbiləşməsinin, səmadakı bütün obyektlərə təhlükə mənbəyi kimi baxdıqlarının sübutu kimi tənqid ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru