Britaniya kəşfiyyatı: Rusiya kredit borclarını silməklə insanları müharibəyə sövq edir

31-12-2024, 10:44           
Britaniya kəşfiyyatı: Rusiya kredit borclarını silməklə insanları müharibəyə sövq edir
2024-cü il dekabrın 1-dən sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayanların kredit borcları silinir

AzPost xəbər verir ki, bununla bağlı Böyük Britaniya Müdafiə nazirliyi xüsusi hesabat dərc edib.

Britaniya kəşfiyyatının məlumatına əsasən borcun bağışlanması “Rusiya hərbi qulluqçuları üçün kredit ödənişi tətilləri” proqramına əlavə olaraq nəzərdə tutulur. Təşəbbüs 10 milyon rubla qədər (təxminən 94 400 dollar) kreditlərə şamil ediləcək. Bu qanun müqavilə ilə çalışan hərbçinin həyat yoldaşının borclarına da aid olunur.

“Mediazona”nın məlumatına görə, 2022-ci ilin oktyabrından Rusiyada ipoteka və fərdi kreditlərin ödənilməsi üçün 411 min müraciət edilib.
Qərb mediasının verdiyi informasiyaya əsasən Rusiya Ukrayna ilə savaşda 760 mindən çox hərbçisni itirib, Rusiya ordusunun gündəlik itkiləri orta hesabla 1523 nəfər təşkil edir. (Musavat)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru