Aİ Rusiya Federasiyasının müxtəlif Avropa qüvvələri ilə yaxınlaşmasından narahatdır

31-12-2024, 12:18           
Aİ Rusiya Federasiyasının müxtəlif Avropa qüvvələri ilə yaxınlaşmasından narahatdır
Hazırkı vəziyyətdə Aİ Rusiya Federasiyasının təcrid olunması məsələsində "Avropa birliyini pozmaqdan" qorxur.
Rusiya Federasiyası ilə Avropadakı müxtəlif qüvvələr arasında artan yaxınlaşma Brüsseldə narahatlıq yaradır. Bu barədə xarici KİV yazıb.
Xüsusilə, Macarıstan Nazirlər Kabinetinin rəhbəri Viktor Orbanın Rusiya paytaxtına səfərini, bir sıra avroskeptik partiyaların təbliğatını, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiya Prezidenti Vladimir Putinlə görüşündən bəhs edilib.
Qeyd edilib ki, Moskvanın bəzi Avropa ölkələri ilə yaxınlaşması Donald Trampın danışıqlar masası arxasında Ukrayna münaqişəsinə son qoymaq niyyəti ilə ABŞ-da Ağ Evə qayıtdığı bir vaxtda baş verir. Hazırkı vəziyyətdə Aİ Rusiya Federasiyasının təcrid olunması məsələsində "Avropa birliyini pozmaqdan" qorxur.
"Gəlin özümüzü aldatmayaq. Diplomatik dialoq başladıqdan sonra Rusiya ilə münasibətlərin bərpasını müdafiə edən daxili səslər yarana bilər", - məqalədə deyilir.

Bundan əvvəl "The New York Times" yazıb ki, Fitsonun Moskvaya səfəri və Putinlə danışıqları Qərbin Rusiya Federasiyasını təcrid etmək siyasətinin iflasa uğradığını göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.