Fransızlar Bəşər Əsəd haqqında film çəkiblər və...

31-12-2024, 09:28           
Fransızlar Bəşər Əsəd haqqında film çəkiblər və...
Fransızlar Bəşər Əsəd haqqında film çəkiblər. Bəri başdan deyim ki, özləri də istəmədikləri halda müasir müstəmləkəçiliyin anatomiyasını Şərq, müsəlman materialı üzərində ətraflı şərh ediblər.
Əsas məsələlərdən biri varis kimi yetişdirilmiş Basselin ölümündən sonra xərçəng xəstəsi Hafiz Əsədin taxt-tacı kiçik oğlu Bəşərə, Bəşəri isə Fransa prezidenti Jak Şiraka tapşırmasıdır. Bu tapşırığın neçə milyard dollara başa gəldiyini və Fransa himayəsinə girmiş Suriyanın hansı dinə-məzhəbə qulluq edəcəyini təsəvvür etmək yəqin ki, çətin olmaz. Yadımızdadır Sarkozinin öz seçki kampaniyası üçün Qəddafidən 400 milyon dollar alması.
Deyir, Parisdən gənc Bəşər hakimiyyətini audit etməyə 3 nəfər (guya 3, bəlkə də 300 olub!) mütəxəssis göndərildi. Onlar Bəşərin bütün nazirləri ilə görüşüb vəziyyəti özləri üçün tam aydınlaşdırandan sonra Fransa hökumətinə məruzə təqdim etdilər. O məruzə əsasında Bəşərə tövsiyələr verilib ki, o, ölkədə demokratik islahatlar keçirsin, müxalifəti həbsdən azad etsin, onlarla məsləhətləşsin, söz azadlığlnı təmin etsin və sair. Hafiz Əsəd dövründən üst-üstə yığılıb qalmış böyük ölkədaxili problemləri, o cümlədən milli separatizm məsələlərini həll etmək üçün ilkin addımlar atmaq istəyən Bəşər görür ki, rejim azacıq yumşalsa, hakimiyyət əldən gedəcək. Ona görə Bəşər Jak Şirakın Livanda yaşayan və konkret onun əmrlərini yerinə yetirən bir ərəb milyarder dostunu maşında partladıb öldürdürür. Jak Şirak inciyib əlini Bəşərin çiynindən çəkir. Ondan sonra gələn Sarkozi Bəşəri pul kisəsi kimi təzədən qucaqlayır. Ancaq Bəşər görür ki, fransızlar Suriyada onun hakimiyyətinin həm içəridən, həm də yaxın qonşular tərəfindən dağıdılması siyasətini yeridirlər. Ona görə 2012-ci ildə İşidlə mübarizə üçün rusları çağırır. Zatən ABŞ da artıq orada idi.
Fransızlar bunu demir, onlar deyir ki, islahatlar aparmağa Bəşərə generalları imkan vermədi. Ona görə də hakimiyyət dağıldı. Onların dediyindən bu nəticə çıxır ki, ölkədə demokratiya olmasa, hakimiyyət öz xalqına zülmü hər gün bir az artırmaqla iqtidarın süqutuna gəlib çıxmalıdır. Bu, qarşısıalınmaz bir inqilabi prosesdir.
Safar Alisharli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.