"Cəbhədə olan ukraynalılar sülh naminə ərazi güzəştlərinə qarşıdır" - "The Washington Post"

31-12-2024, 15:01           
"Cəbhədə olan ukraynalılar sülh naminə ərazi güzəştlərinə qarşıdır" - "The Washington Post"
"Əgər rusiyalılara güzəştə gedəriksə, o zaman ömrümüzü qul kimi başa vuracağıq..."

Sülh naminə ərazi güzəştləri ideyasını dəstəkləyən ukraynalıların sayı getdikcə artmaqdadır. Bu meyl bir çoxları, xüsusilə ön cəbhədə olanlar üçün həyəcan doğurur.

Moderator.az xəbər verir ki, bu barədə "The Washigton Post" nəşri yazıb.

Nəşr yazır ki, Ukraynanın ən şiddətli döyüşlər getdiyi şərqində olan hərbçilər və mülki şəxslər qətiyyətlə belə ideyanın əleyhinə çıxır.

"Mənim nə qədər dostlarım və qohumlarım bu müharibədə həyatlarını qurban verib, o zaman necə olacaq? Biz bundan onsuz da imtina edəcəyiksə, bunun mənası nədir ki?", - bunu Ukraynanın 3-cü tank briqadasından leytenant Vadim sual edib.

Onun yanında olan Xarkov vilayətinin meşələrində soyuq yağış altında dayanan yoldaşı Vitali başı ilə sakitcə razılığını ifadə edir. Hər iki əsgər hava şətaitinin çətin olmasına rəğmən, öz vəzifələrini icra etməkdə davam edir və hətta güzəştlərin mümkünkülüyü fikrini belə rədd edir.

"Biz ömrümüzü qul kimi başa vuracağıq..."

Qərb paytaxtlarında fəal surətdə müzakirə edilən ərazi güzəştləri ideyası ukraynalılar arasında qəzəb doğurur. Kiyev Beynəlxalq Sosioloji İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, güzəştə getməyə hazır olan ukraynalıların sayı fevraldakı 19 faizdən oktyabrda 32 faizədək artıb.

Lakin bilavasitə Rusiya təcavüzünün nəticələri ilə üzləşən hərbçi və mülkilər arasında belə təkliflər xainlik kimi qəbul edilir. Öz evini müstəqil şəkildə inşa edən və ərazini minalardan təmizləyən Dolenkoye kəndindən olan fermer İqor Knyazev bunun qəti əleyhinədir:

"Əgər biz rusiyalılara güzəştə gedəriksə, o zaman daha vətəndaş olmayacağıq. Biz ömrümüzü qul kimi başa vuracağıq", - o, deyib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün seçkiöncəki kampaniyası zamanı müharibəni 24 saat ərzində bitirəcəyini vəd edib, lakin onun planının detalları hələ də müəyyən deyil.

Onun vitse-prezidenti Vensin təklif etdiyi saziş variantı Rusiyanın Ukrayna ərazilərinin 18 faizinə nəzarətinin qəbul edilməsi, demiliyarizasiya zonasının yaradılması və Ukraynanın NATO üzvlüyündən imtina etməsini nəzərdə tutur.

Bir çox ukraynalılar belə yanaşmanı məqbul hesab etmir. "Bu, sülh deyil, bu, təslim olmaqdır", - bunu Ukrayna ərazi müdafiəsinin 113-cü briqadasının çavuşu Sergey deyib.

Ukraynalılar nə deyir?

Müharibədən yorğunluğa rəğmən, bir çox ukraynalı qələbəyədək mübarizə aparmağa hazırdır. "Gallup"un apardığı sorğunun nəticələrinə görə, vətəndaşların 38 faizi istənilən bədəl ödəməklə mübarizənin davam etdirilməsinə dəstək verir.

"Ukraynalılar gücü olanadək öz doğma toropağında döyüşəcək. Bizim gülləmiz tükənəndə, onları süngüdən keçirəcəyik", - Sergey deyib.

Sülh danışıqlarının məqsədyönlü olub-olmaması barədə diskusiyalar Xarkov kimi müharibə nəticəsində dağılan şəhərlərdə davam edir. Çoxsaylı atəşlərə məruz qalan sakinlər Rusiyaya güzəştlə getməyin yalnız onu yeni təcavüzə həvəsləndirəcəyi fikri ilə razılaşır.

"Rusların Çeçenistanda nə işi olub?", - bunu Xarkov sakini Aleksey Taran sual edib. "Onlar əvvəlcə uduzdular, sonra bütün sazişləri pozaraq Qroznı şəhərini yerlə bir etdilər". Onun oğlu Denis əlavə edib: "Ukraynaya nüvə silahı lazımdır, mən bunu ciddi deyirəm".

Bir çox ukraynalı üçün ərazi hesabına sülh variant deyil. Onlar əmindir ki, öz torpağı və azadlığı uğrunda mübarizə yeganə variantdır. "Mən bu torpağın bircə qarışını da düşmənə verə bilmərəm, burada mənin babaların və valideynlərim uyuyur", - Sergey deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.