Bakının sərt etirazına Tehrandan cavab

3-01-2025, 07:09           
Bakının sərt etirazına Tehrandan cavab
Rəsmi Tehran İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi və rəsmi etiraz notası verilməsi barədə məlumatı təsdiqləyib.

Bu barədə RBC məlumat yayıb.

“Azərbaycan Xarici İşlər Nazirliyinin etirazı şəhərlərimizin birində keçirilən mərasimdə düşünülməmiş və yersiz bəyanatlarla bağlı olub. Bu cür bəyanatların İran hökumətinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur”, – İran xarici işlər nazirinin köməkçisi və nazirliyin Avrasiya şöbəsinin rəhbəri Müctəba Dəmirçilu bildirib.

Qeyd edək ki, İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan XİN-ə çağırılıb və 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.

Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru