Rubio, sanksiyalara baxmayaraq, dövlət katibi olaraq Pekinlə əlaqə quracağına əmindir

4-01-2025, 17:24           
Rubio, sanksiyalara baxmayaraq, dövlət katibi olaraq Pekinlə əlaqə quracağına əmindir
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə seçdiyi Florida ştatından Respublikaçı senator Marko Rubio Çinin böyük tənqidçisidir. 2020-ci ildə Pekin hökuməti tərəfindən sanksiyaya məruz qalmasına baxmayaraq, Rubio, təsdiqləndiyi təqdirdə Çinlə əlaqə qurmaq üçün “həll yolu tapacağına” əmin olduğunu söyləyib. Amerikanın Səsinin Dövlət Departamenti Bürosunun rəhbəri Nayki Çinq Rubionun qanunverici kimi təcrübəsi və Çinlə əlaqəli əsas məsələlərlə bağlı ictimai mövqeyi haqqında məlumat verir.

“Bu əsri müəyyən edəcək təhlükə Çindir.”

Çini kəskin tənqid edən Florida senatoru Marko Rubio ABŞ-ın sənaye siyasətini canlandırmaq və Çindən idxallardan asılılığı azaltmaq üçün qanun layihəsi təklif edib. O, həmçinin Çinə verilən ticarət üstünlüklərinin ləğv edilməsini dəstəkləyir. O, 2022-ci ildən bəri bu mövqedədir.

“Biz iyirmi ildən çox heç nə etmədik, Çin isə kritik texnologiyamızı, istehsal gücümüzü və iş yerlərimizi oğurlayaraq, iqtisadi gücümüzü metodik şəkildə sarsıtdı. Onlar həmin işləri özlərinə cəlb edərək, bizim sosial birliyimizi pozarkən, biz heç nə etmədik,” Respublikaçı Senator Marko Rubio deyib.

Amerikanın növbəti baş diplomatı olmağa nominasiya edilən Rubio qlobal tərəfdaşların onun sözləri ilə desək, Çinin artan iqtisadi və hərbi aqressiyasına qarşı gücləndirilməsini dəstəkləyir.

“İndi Çin iqtisadi imperializm siyasəti yürüdür, “Kəmər və Yol” Təşəbbüsünün istismarçı kreditləri vasitəsilə inkişaf etməkdə olan ölkələri tələyə salır. Onlar indi Tayvan, Yaponiya, Hindistan və başqa yerlərdə müttəfiqlərimiz və tərəfdaşlarımız üçün qaçılmaz aqressordur,” Rubio deyib.

Çin üzrə ikipartiyalı Konqres-İcra Komissiyasının lideri olaraq Rubio Honq Konqda demokratiya tərəfdarı hərəkatları dəstəkləyib.

Daha sonra Pekin hökuməti ona Çinin dediyinə görə, “Honq-Konqla əlaqədar məsələlərə” cəlb olunmasına görə sanksiya tətbiq edib.

Rubio həmçinin Sincanda məcburi əməklə əlaqəsi olan idxalı qadağan etməyə və uyğurların insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı sanksiyaları genişləndirməyə çağırıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.