Annalena Berbokun və Jan Noel Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır.

4-01-2025, 15:17           
Annalena Berbokun və Jan Noel Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır.
Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbokun və Jan Noel Barronun Suriyaya birgə səfəri “burada bizdə varıq” mənası daşıyır.
HTŞ lideri Əhməd əl-Şaraa hər iki nazirlə görüşüb. Suriya keçici hökumətinin siyasi dəstəklə yanaşı müxtəlif dövlətlərin maliyyə dəstəyinə də ehtiyacı var, paytaxt Dəməşqin xaricində şəhərlərin az qala tən yarısı dağıntılar altındadır, su, qaz, elektrik, benzin yoxdur.
Beynəlxalq təşkilatların ümumi rəyinə görə, Suriya infrastrukturunu bərpa etmək üçün ilkin mərhələdə 400 milyard dollara ehtiyacı var. Əlbəttə, Türkiyə Suriyada əsas oyunçuya çevrilib, ancaq Ankaranın qonşu ölkənin infrastrukturunu bərpa etmək üçün o qədər maliyyəsi yoxdur.
Ona görə də Suriya keçici hökuməti maliyyə ayıra biləcək istənilən ölkə ilə əməkdaşlığa hazırdır. Təsadüfi deyil ki, Suriya keçici hökumətinin xarici işlər naziri ilk səfərini Səudiyyə Ərəbistanına edib.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.