Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağrılmasına ehtiyac yaranacaq

4-01-2025, 15:38           
Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağrılmasına ehtiyac yaranacaq
İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağrılmasına ehtiyac yaranacaq.
Məsələ burasındadır ki, İrandakı rəsmi dairələrə bağlı qruplar kimi Rusiya hakimiyyətinə bağlı Z-blogerlər də (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər) Azərbaycan və dövlət başçısı İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar.
Kreml İlham Əliyevin Rusiyadan kompensasiya və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Azərbaycanı hədəf seçən Z-blogerləri “irəli” çəkiblər.
“Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər.
Məqsəd əsas mövzudan yayınmaqdır. İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı Z-blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.